Links & Images1965-ci ildə Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olub, həmin kənd orta məktəbində oxuyub. 1982-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutu) Qazneftmədən fakültəsinə iki imtahandan on bal toplamaqla qəbul olub. 1989-cü ildə Neft və qaz yataqlarının işlənilməsi və istismarı, kompleks mexanikləşdirilməsi ixtisasını bitirərək “Dağ mühəndisi” peşəsinə yiyələnmişdir. 1983-1985-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur. 1989-cü ildə Azərbaycan Elmlər Akademiyası Dərin neftqaz yataqları problemləri İnstitutunda mühəndis olaraq əmək faəliyyətinə başlamış, daha sonra kiçik elmi işçi, elmi işçi, böyük elmi işçi vəzifəsinə qədər yüksəlmişdir. 1997-ci ildə dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru (texnika elmləri namizədi) elmi adınına layiq görülmüşdür. 2001-2002-ci illərdə “Dənizneftqazelmitədqiqatlayihə” Dövlət Elmi Tədqiqat və Layihə institutunda baş mütəxəssis, 2002-2009-cu illərdə “Neftqazlayihə” Elmi Tədqiqat və Layihə İnstitutunda aparıcı elmi işçi vəzifələrində fəaliyyətini davam etdirmişdir. 2010-cu ildə dosent vəzifəsinə seçilmişdir. 2024-cü ildə doktorluq dissertsiyası müdafiə etmiş və 2025-ci ildə texnika elmlər doktoru adına layiq görülmüşdür. 90 elmi işin, o cümlədən 13 patent, 1 monoqrafiya və 3 kitabın müəllifidir. Elmi fəaliyyəti dövründə Azəri-Çıraq-Günəşli, Şahdəniz, Kürovdağ, Kürsəngi, Qarabağlı, Ümid, Qərbi Abşeron, Bulla-dəniz, Dostluq (Kəpəz) yataqlarının geoloji və hidrodinamiki modellərinin qurulması, karbohidrogen ehtiyatlarının operativ qiymətləndirilməsi və s. elmi tədqiqatlayihə işlərinin rəhbəri və məsul icraçılarından biri olmuşdur.
Neftqazelmitədqiqatlayihə İnstitutunun “SOCAR Proceedings” jurnalının redaktor müavini və “Scientific Petroleum” jurnallarının redaksiya heyətinin üzvüdür. 2009-cu il tarixli SOCAR-da Neft və Qaz Sənayesinin inkişafında xüsusi xidmətlərinə görə “Fəxri Fərman” ilə təltif olunmuşdur. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Azərbaycan neftçilərinin peşə bayramı və “Əsrin müqaviləsi”nin 20 illiyi münasibəti ilə ölkənin neft sənayesinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur. 2009-cu ildən ”Neftqazelmitədqiqatlayihə” İnstitutunun Elmi katibi vəzifəsində çalışır. Evlidir, 2 oğlu var.
Keywords##VüqarAbdullayev #AbdullayevVüqar #Göyçə #Basarkeçər #Nərimanlı #TexnikaElmləriDoktoru #Dosent #SOCAR #Neftqazelmitədqiqatlayihə #TərəqqiMedalı #ADNSU #NeftMühəndisi #GöyçəZiyalıları #Alimlərimiz