Nətavan Qədimova

Nətavan Qədimova

Qida məhsullarının texnologiyası
1962-01-01Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndi

Author

Şirazi İbrahimov, Aynur Rüstəmova

Personal Info

Homeland
Basarkeçər, Nərimanlı kəndi

Career & Profession

Academic Degree
texnika elmləri doktoru
Academic Title
Dosent
Workplaces & Positions
Ümumittifaq Ət-Süd Sənayesi Elmi-Tədqiqat İnstitutunun Bakı şöbəsində mühəndis-texnoloq, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. 1995–2003: Bakı Yeyinti Sənayesi Texnikumunda müəllim və əyani şöbənin müdiri vəzifələrində çalışmışdır. 2003–2020-ci illər: Azərbaycan Dövlət İqtisad Universitetinin "Ət, balıq və süd məhsullarının texnologiyası" kafedrasında baş müəllim, dosent əvəzi və dosent kimi pedaqoji fəaliyyət göstərmişdir. Hazırda: Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti vəzifəsində çalışır.
Current Status
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti vəzifəsində çalışır.

Education

Primary & Secondary
Bakı şəhəri 36 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir.
Bachelor
BDU
Doctorate
usiya Federasiyasının Moskva şəhərində qiyabi aspiranturaya qəbul olmuş

Achievements

Creations
Ümumilikdə 160-a qədər elmi əsərin, o cümlədən 6 dərslik, 3 dərs vəsaiti, 29 fənn proqramı və 3 şəhadətnamənin müəllifidir. Elmi işlərindən 22-si beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan nüfuzlu xarici elmi jurnallarda (Web of Science, Scopus) nəşr edilmişdir.

Additional Info

Links & Images
Qədimova Natəvan Səfər qızı (1962, Basarkeçər rayonu, Nərimanlı kəndi) Qida texnologiyaları və biotexnologiya üzrə alim, texnika elmləri doktoru, dosent. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Mühəndislik və tətbiqi elmlər kafedrasının dosentidir. Həyatı və Təhsili Natəvan Qədimova 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olmuşdur. Orta təhsili: 1979-cu ildə Bakı şəhəri 36 saylı orta məktəbi fərqlənmə ilə bitirmişdir. Ali təhsili: 1980-ci ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsinə qəbul olmuş, 1985-ci ildə fərqlənmə diplomu ilə başa vurmuşdur. Aspirantura: 1987-ci ildə Rusiya Federasiyasının Moskva şəhərində qiyabi aspiranturaya qəbul olmuş və 1993-cü ildə dissertasiya müdafiə etmişdir. Doktorantura (Dissertantura): 2018–2023-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin qiyabi dissertantı olmuş, 2025-ci ildə "Bitki mənşəli bioloji fəal əlavələrin tətbiqi ilə içkilərin texnologiyasının təkmilləşdirilməsi" mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Elmi Dərəcəsi və Elmi Adı: Elmi dərəcəsi: 1993: "Ət, süd və balıq məhsullarının texnologiyası" ixtisası üzrə texnika üzrə fəlsəfə doktoru (texnika elmləri namizədi); 2026: "Qida məhsullarının texnologiyası" ixtisası üzrə texnika elmləri doktoru. Elmi adı: 2008: Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə Dosent. Əmək və Elmi-Pedaqoji Fəaliyyəti Natəvan Qədimova qida sənayesi texnologiyası, pedaqoqika və elmi tədqiqatlar sahəsində zəngin təcrübəyə malikdir: 1985–1995: Ümumittifaq Ət-Süd Sənayesi Elmi-Tədqiqat İnstitutunun Bakı şöbəsində mühəndis-texnoloq, kiçik elmi işçi və elmi işçi vəzifələrində çalışmışdır. 1995–2003: Bakı Yeyinti Sənayesi Texnikumunda müəllim və əyani şöbənin müdiri vəzifələrində çalışmışdır. 2003–2020-ci illər: Azərbaycan Dövlət İqtisad Universitetinin "Ət, balıq və süd məhsullarının texnologiyası" kafedrasında baş müəllim, dosent əvəzi və dosent kimi pedaqoji fəaliyyət göstərmişdir. Hazırda: Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) "Mühəndislik və tətbiqi elmlər" kafedrasının dosenti vəzifəsində çalışır. Elmi Nailiyyətləri və Əsərləri Natəvan Qədimova qida məhsullarının texnologiyası, qida təhlükəsizliyi, qida biotexnologiyası, bioloji fəal əlavələr, habelə tullantısız və aztullantılı istehsalat texnologiyaları sahəsində tanınmış mütəxəssisdir. Ümumilikdə 160-a qədər elmi əsərin, o cümlədən 6 dərslik, 3 dərs vəsaiti, 29 fənn proqramı və 3 şəhadətnamənin müəllifidir. Elmi işlərindən 22-si beynəlxalq xülasələndirmə və indeksləmə sistemlərinə daxil olan nüfuzlu xarici elmi jurnallarda (Web of Science, Scopus) nəşr edilmişdir. İctimai Fəaliyyəti və Ailəsi Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. Ailəlidir, 2 övladı var.
Keywords
##NatəvanQədimova #QədimovaNatəvan #Göyçə #Basarkeçər #Nərimanlı #TexnikaElmləriDoktoru #Dosent #UNEC #QidaTexnologiyası #BDU #QidaTəhlükəsizliyi #GöyçəZiyalıları #Alimlərimiz