Elşən Qurbanov

Elşən Qurbanov

Fizika
1962-01-01Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndin

Author

Şirazi İbrahimov, Aynur Rüstəmova

Personal Info

Father's Name
Mahmud

Career & Profession

Academic Degree
Elmlər doktoru
Academic Title
Professor
Rank
I Qarabağ Müharibəsi iştirakçısı və veteranıdır
Workplaces & Positions
998–2005: İTOCHU Korporasiyasının Azərbaycandakı nümayəndəsinin müavini, Yapon-Azərbaycan Neft Əməliyyat Şirkətinin (JAOC) STƏM, Əməliyyatlar, Dövlət və İctimaiyyətlə Əlaqələr üzrə Baş Koordinatoru; 2005–2010: AZPROMO-nun İxrac üzrə direktoru və Qazaxıstan nümayəndəliyinin rəhbəri; 2010–2011: Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Strateji İnkişaf və İnvestisiya Layihələri" departamentinin müdiri; 2011–2013: Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Enerji Sektoru və İqtisadi Məsələlər üzrə baş müşaviri; 2018–2020: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti Sədrinin müşaviri;
Current Status
2020-ci ildən: "BİRGƏ" İnvestisiya Şirkətinin baş direktoru.

Education

Bachelor
Azərbaycan Dövlət Universiteti
Doctorate
ankt-Peterburq Dövlət Texniki Universiteti

Achievements

Creations
3 kitabın, 70-dən artıq elmi məqalənin, habelə beynəlxalq hesabat və məruzələrin müəllifidir. Yaponiyada Təhsil Almış Azərbaycanlı Məzunlar Assosiasiyasının təsisçisi və uzunmüddətli sədri, Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvüdür.

Additional Info

Links & Images
Elşən Qurbanov (d. 1962, Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR) — azərbaycanlı alim, elmlər doktoru, professor, I Qarabağ müharibəsi veteranı. Yaponiyada elmi iş müdafiə etmiş ilk azərbaycanlı alimdir. Həyatı və təhsili Elşən Mahmud oğlu Qurbanov 1962-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı kəndində anadan olmuşdur. 1979–1984-cü illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Fizika fakültəsində ali təhsil almışdır. 1986–1990-cı illərdə Sankt-Peterburq Dövlət Texniki Universitetində "Neft və qaz qurğularının hidrodinamikası, layihələndirilməsi və tikintisi" üzrə fəlsəfə doktoru (PhD) dərəcəsi almışdır. 1994–1996-cı illərdə Yaponiyanın Tsukuba Universitetinin Sosial və İqtisadi Planlaşdırma fakültəsində "Beynəlxalq Müştərək Müəssisələrin və Multi-Milli Korporasiyaların İdarə olunması" üzrə xüsusi proqramın fəlsəfə magistri dərəcəsinə yiyələnmişdir. 1996–1998-ci illərdə Tsukuba Universitetinin "İdarəetmə Elmləri və Sosial Siyasət" İnstitutunda "Yapon şirkətlərinin qeyri-müəyyən bazarlarda investisiyaları" mövzusunda dissertasiya müdafiə edərək elmlər doktoru adını almışdır. Bu göstərici ilə o, Yaponiyada elmi iş müdafiə etmiş ilk azərbaycanlı alim olmuşdur. 2011–2013-cü illərdə London İqtisadiyyat Məktəbində (LSE) "Beynəlxalq İqtisadiyyat və Xarici Siyasət" mövzusunda Böyük Britaniya diplomatları üçün xüsusi proqramı bitirmişdir. Əmək fəaliyyəti Əmək fəaliyyətinə 1983-cü ildə Dövlət Neft Şirkətinin Layihə İnstitutunda mühəndis kimi başlamışdır. SOCAR-da çalışdığı dövrdə Azəri-Çıraq-Günəşli layihəsinin İqtisadi əsaslandırılmasının koordinatoru, Xarici İnvestisiyalar İdarəsinin Marketinq və Kontraktlar Departamentinin müdir müavini kimi fəaliyyət göstərmişdir. 1998–2005: İTOCHU Korporasiyasının Azərbaycandakı nümayəndəsinin müavini, Yapon-Azərbaycan Neft Əməliyyat Şirkətinin (JAOC) STƏM, Əməliyyatlar, Dövlət və İctimaiyyətlə Əlaqələr üzrə Baş Koordinatoru; 2005–2010: AZPROMO-nun İxrac üzrə direktoru və Qazaxıstan nümayəndəliyinin rəhbəri; 2010–2011: Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin "Strateji İnkişaf və İnvestisiya Layihələri" departamentinin müdiri; 2011–2013: Böyük Britaniyanın Azərbaycandakı Səfirliyinin Enerji Sektoru və İqtisadi Məsələlər üzrə baş müşaviri; 2018–2020: Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti Sədrinin müşaviri; 2020-ci ildən: "BİRGƏ" İnvestisiya Şirkətinin baş direktoru. Elmi və pedaqoji fəaliyyəti 2013-cü ildən Şotlandiyanın Heriot-Watt Universiteti və Bakı Ali Neft Məktəbinin, 2020-ci ildən isə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) professoru kimi fəaliyyət göstərir. 3 kitabın, 70-dən artıq elmi məqalənin, habelə beynəlxalq hesabat və məruzələrin müəllifidir. Yaponiyada Təhsil Almış Azərbaycanlı Məzunlar Assosiasiyasının təsisçisi və uzunmüddətli sədri, Beynəlxalq Neft Mühəndisləri Cəmiyyətinin (SPE) üzvüdür. Şəxsi həyatı Birinci Qarabağ müharibəsi iştirakçısı və veteranıdır. Ailəlidir, 3 övladı var.
Keywords
##ElşənQurbanov #QurbanovElşən #Göyçə #Basarkeçər #Nərimanlı #ElmlərDoktoru #Professor #Yaponiya #Tsukuba #AzMİU #BANM #KOBİA #QarabağVeteranı #GöyçəZiyalıları #Alimlərimiz