Links & ImagesŞahverdiyev Ağası Kamil oğlu
(12 mart 1980, Göyçə mahalı, Basarkeçər rayonu, Sarıyaqub kəndi)
Tibb elmləri üzrə fəlsəfə doktoru, tanınmış plastik və estetik cərrah, otorinolarinqoloq.
Həyatı və Təhsili
Ağası Şahverdiyev 12 mart 1980-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər (Vardenis) rayonunun Sarıyaqub kəndində anadan olmuşdur. İbtidai təhsilinə 1986–1988-ci illərdə Sarıyaqub kənd orta məktəbində başlamış, 1988-ci ildə məlum soyqırımı və deportasiya hadisələrindən sonra təhsilini Azərbaycan Respublikasının Goranboy rayonunun Xoylu kənd orta məktəbində davam etdirərək 1997-ci ildə oraları bitirmişdir.
Ali Təhsil və İxtisaslaşma Xronologiyası:
Ali təhsil: 1997–2003-cü illərdə Azərbaycan Dövlət Tibb Universitetində (ATU) təhsil almışdır.
Diplomdan sonrakı təhsil: 2003–2006-cı illərdə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Diplomdan Sonrakı Tibb Təhsili Akademiyasında təhsilini davam etdirmişdir.
Aspirantura: 2007–2010-cu illərdə Rusiya Federasiyası Moskva Şəhəri Elmi və Praktik Otorinolaringologiya İnstitutunun aspirantura pilləsində elmi tədqiqatlar aparmışdır.
Elmi dərəcəsi:
Tədqiqatlarını uğurla müdafiə edərək tibb elmləri üzrə fəlsəfə doktoru (Ph.D.) alimlik dərəcəsinə layiq görülmüşdür.
Əmək və Peşəkar Fəaliyyəti
Ağası Şahverdiyev uzun illər Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin aparıcı tibb mərkəzlərində və klinikalarında cərrah kimi fəaliyyət göstərmişdir:
2003–2006: Sankt-Peterburq şəhəri 3 nömrəli şəhər xəstəxanasında otorinolarinqoloq;
2006–2015: Sankt-Peterburq şəhərinin "Baltmed" klinikasında otorinolarinqoloq;
2016–2019: Sankt-Peterburq şəhəri "Evropeyskiy İnstitut" klinikasında otorinolarinqoloq və plastik cərrah;
2019–2026: Sankt-Peterburq şəhəri "Qalaktika Gözəllik İnstitutu" klinikasında plastik cərrah kimi fəaliyyətini davam etdirir.
Elmi Nailiyyətləri
5 elmi məqalənin müəllifidir.
Plastik və estetik cərrahiyyə sahəsində hər il keçirilən bir çox beynəlxalq konfrans və konqreslərin fəal iştirakçısıdır.Keywords##AğasıŞahverdiyev #ŞahverdiyevAğası #Göyçə #Basarkeçər #Sarıyaqub #Goranboy #Xoylu #TibbFəlsəfəDoktoru #PlastikCərrah #Otorinolarinqoloq #ATU #SanktPeterburq #QalaktikaKlinikası #GöyçəZiyalıları #Alimlərimiz