Vidadi Musayev

Vidadi Musayev

İnformatika və kompüter texnikası
1948-01-01Basarkeçər, Nərimanlı kəndi

Müəllif

Şirazi İbrahimov, Aynur Rüstəmova

Şəxsi Məlumatlar

Ata Adı
Həsən
Ata Yurdu
Basarkeçər, Nərimanlı kəndi

Peşə və Karyera

Elmi Dərəcəsi
Texnika elmləri doktoru
Elmi Adı
Professor
İşlədiyi Yerlər, Vəzifələr
1974–1983: ETLİ "Neft-Kimya-Avtomat" Elm-İstehsalat Birliyində kiçik elmi işçi, böyük elmi işçi və elmi-tədqiqat laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. 1983-cü ildən: Azərbaycan Texniki Universitetinin (AzTU) İnformatika və kompüter texnikası kafedrasında çalışmışdır. 2000–2007: Azərbaycan Texniki Universitetinin prorektoru vəzifəsində çalışmışdır. 2007–2018: AzTU-nun İnformatika və kompüter texnikası kafedrasının müdiri olmuşdur.
Hazırkı Vəziyyət
2018-ci ildə vəfat etmişdir

Təhsil

İlk və Orta Təhsil
Nərimanlı kənd orta məktəbində təhsil almış və məktəbi qızıl medal ilə bitirmişdir.
Bakalavr
Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutu
Doktora
İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutun

Nailiyyətlər

Yaratdıqları
200-dək elmi məqalənin, 10 dərslik və dərs vəsaitinin, 4 monoqrafiyanın müəllifi olmuş, 2 elmi qrant layihəsinin qalibi olmuşdur. Rəhbərliyi altında 3 fəlsəfə doktoru hazırlanmışdır.
Dövlət Təltifi və Fəxri Adlar
2011-ci ildə Azərbaycanda mühəndis kadrların hazırlanmasında və texniki elmlərin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir.

Əlavə Məlumatlar

Əlavə Şəkillər, Linklər
Musayev Vidadi Həsən oğlu (d. 1948, Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR — ö. 2018, Mehdiabad, Abşeron rayonu, Azərbaycan) — azərbaycanlı alim, texnika elmləri doktoru, professor, "Tərəqqi" medalı laureatı. Həyatı və təhsili Vidadi Həsən oğlu Musayev 1948-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olmuşdur. 1955–1966-cı illərdə Nərimanlı kənd orta məktəbində təhsil almış və məktəbi qızıl medal ilə bitirmişdir. 1966-cı ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutuna (indiki Azərbaycan Texniki Universiteti — AzTU) qəbul olunmuş, 1971-ci ildə "Avtomatika və hesablama texnikası" ixtisası üzrə fərqlənmə diplomu ilə ali təhsilini başa vurmuşdur. 1971–1973-cü illərdə zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur. Elmi dərəcələri və elmi adları: 1980: İ. M. Qubkin adına Moskva Neft və Qaz İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru (texnika elmləri namizədi) elmi dərəcəsini almışdır. 1983: Dosent elmi adına layiq görülmüşdür. 2009: Texnika elmləri doktoru elmi dərəcəsinə layiq görülmüşdür. 2010: Professor elmi adını almışdır. Elmi-pedaqoji və rəhbərlik fəaliyyəti 1974–1983: ETLİ "Neft-Kimya-Avtomat" Elm-İstehsalat Birliyində kiçik elmi işçi, böyük elmi işçi və elmi-tədqiqat laboratoriyasının müdiri vəzifələrində çalışmışdır. 1983-cü ildən: Azərbaycan Texniki Universitetinin (AzTU) İnformatika və kompüter texnikası kafedrasında çalışmışdır. 2000–2007: Azərbaycan Texniki Universitetinin prorektoru vəzifəsində çalışmışdır. 2007–2018: AzTU-nun İnformatika və kompüter texnikası kafedrasının müdiri olmuşdur. Elmi nailiyyətləri və təşkilati fəaliyyəti Vidadi Musayev paylanmış parametrli mürəkkəb strukturlu idarəetmə sistemlərində dinamiki proseslərin tədqiqi, idarəetmə metod və alqoritmlərinin işlənməsi, həmçinin "Bulud" texnologiyaları infrastrukturunun tədqiqi sahəsində tanınmış mütəxəssisdir. 200-dək elmi məqalənin, 10 dərslik və dərs vəsaitinin, 4 monoqrafiyanın müəllifi olmuş, 2 elmi qrant layihəsinin qalibi olmuşdur. Rəhbərliyi altında 3 fəlsəfə doktoru hazırlanmışdır. AzTU-nun Elmi Şurasının, Avtomatika və Kompüter Texnikası fakültəsi elmi şurasının, AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) nəzdindəki Dissertasiya Şurasının üzvü, BDU-nun Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Dissertasiya Şurasının elmi seminarının üzvü olmuşdur. Ukrayna Dövlət Kimya-Texnologiya Universitetinin "Компьютерное моделирование: анализ, управление и оптимизация" elmi jurnalının, AMEA İTİ-nin "İnformasiya Texnologiyaları Problemləri", AzTU-nun, Lənkəran Dövlət Universitetinin və Azərbaycan Texnologiya Universitetinin (Gəncə) "Elmi əsərlər" jurnal redaksiyalarının üzvü olmuşdur. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun eksperti kimi fəaliyyət göstərmişdir. Dövlət təltifləri 2011-ci ildə Azərbaycanda mühəndis kadrların hazırlanmasında və texniki elmlərin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilmişdir. Şəxsi həyatı və vəfatı 2018-ci ildə vəfat etmiş, Abşeron rayonunun Mehdiabad qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. İki övladı var.
Açar Sözlər
##VidadiMusayev #MusayevVidadi #Göyçə #Basarkeçər #Nərimanlı #TexnikaElmləriDoktoru #Professor #AzTU #Prorektor #TərəqqiMedalı #GöyçəZiyalıları #Alimlərimiz