Elmi DərəcəsiSiyasi elmlər doktoruElmi AdıProfessor İşlədiyi Yerlər, Vəzifələr1992–1994-cü illərdə Azərbaycan Respublikası Prezidenti İcra aparatının nəşri olan "Yurd" jurnalında şöbə müdiri,
1994–2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İşlər idarəsində məsləhətçi vəzifəsində işləmişdir.
24 sentyabr 2001-ci ildə 24 saylı Nərimanov Birinci seçki dairəsi üzrə deputat seçilmiş. Seçki nəticələrinə əsasən Milli Məclisinin II çağırış deputatı seçilmişdir.13 may 2003-cü ildə Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir.
2 aprel 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2076 nömrəli sərəncamı ilə Xızı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunmuşdur.
10 aprel 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2135 nömrəli sərəncamı ilə vəzifəsindən azad edilmişdir.
10 aprel 2012-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2136 sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.Hazırkı VəziyyətYeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.