Əlavə Şəkillər, LinklərNadirov Uğurlu Məhəmməd oğlu (d. 1965, Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR) — azərbaycanlı alim, texnika elmləri doktoru, professor.
Həyatı və təhsili
Uğurlu Məhəmməd oğlu Nadirov 1965-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olmuş və həmin kəndin orta məktəbini bitirmişdir.
1990-cı ildə Azərbaycan Texniki Universitetini (keçmiş Azərbaycan Politexnik İnstitutu) fərqlənmə diplomu ilə bitirmişdir.
1994-cü ildə aspiranturaya daxil olmuş, 1998-ci ildə Maşınqayırma texnologiyası ixtisası üzrə namizədlik dissertasiyasını müdafiə edərək texnika üzrə fəlsəfə doktoru (texnika elmləri namizədi) elmi dərəcəsini almışdır.
2014-cü ildə doktoranturaya daxil olmuş, 2022-ci ildə yenə həmin ixtisas üzrə doktorluq dissertasiyasını müdafiə edərək texnika elmləri doktoru alimlik dərəcəsinə layiq görülmüşdür.
Elmi-pedaqoji fəaliyyəti və elmi nəticələri
Universitetini fərqlənmə ilə bitirdiyi üçün 1990-cı ildən Maşınqayırma texnologiyası kafedrasında əmək fəaliyyətinə başlamışdır.
1995-ci ildən Azərbaycan Texniki Universitetinin (AzTU) Mühəndis qrafikası kafedrasında əvvəlcə assistent, daha sonra baş müəllim, dosent və professorvəzifələrinə seçilmişdir. Hazırda AzTU-da professor kimi pedaqoji fəaliyyətini davam etdirir.
200-ə yaxın elmi məqalə və tezisin, 1 dərslik, 4 dərs vəsaitinin, 3 metodik göstərişin və 1 patentin müəllifidir. Elmi əsərləri ABŞ, Rusiya, Belarusiya, Türkiyə, Hindistan, Braziliya və Ukraynada nəşr olunmuşdur (H-indeksi – 4).
Əsas elmi nəticələri “Keyfiyyətin idarə edilməsinin yeni üsul və vasitələrinin işlənməsi” sahəsini əhatə edir. Elmi fəaliyyətinin əsas istiqamətlərinə kompüter qrafikası, CAD/CAM/CAE sistemləri, mikroelektronika, maşınqayırma texnologiyası, tikintinin təşkili və idarə edilməsi, layihələrin idarə edilməsi, sənaye və istehsal sahələrinin layihələndirilməsi, həmçinin texnoloji axış sxemləri (P&ID) daxildir.
Təltifləri
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən “Fəxri Fərman” ilə təltif olunmuşdur.
Şəxsi həyatı
Ailəlidir, Samirə (d. 1996) və Fərid (d. 2000) adlı iki övladı var.
Açar Sözlər##UğurluNadirov #NadirovUğurlu #Göyçə #Basarkeçər #Nərimanlı #TexnikaElmləriDoktoru #Professor #AzTU #MühəndisQrafikası #GöyçəZiyalıları #Alimlərimiz