Şahin Bayramov

Şahin Bayramov

Fikika
1963-01-01Basarkeçər, Nərimanlı kəndi

Şəxsi Məlumatlar

Ata Adı
Qənbər
Ata Yurdu
Basarkeçər, Nərimanlı kəndi

Peşə və Karyera

Elmi Dərəcəsi
Biofizika üzrə fəlsəfə doktoru
Elmi Adı
Dosent
Hazırkı Vəziyyət
Şahin Bayramov 2024-cü ildə vəfat edib, Abşeron rayonunun Mehdiabad qəbiristanlığında dəfn olunub

Təhsil

İlk və Orta Təhsil
Nərimanlı kənd orta məktəbi
Bakalavr
Bakı Dövlət Universiteti
Doktora
SSRİ EA Biofizika İnstitutu

Nailiyyətlər

Yaratdıqları
80 elmi əsər, 6 kitab

Əlavə Məlumatlar

Əlavə Şəkillər, Linklər
Bayramov Şahin Qənbər oğlu 1963-cü ildə Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olub və həmin kəndin orta məktəbini bitirib. 1981-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinə qəbul olub, 1986-cı ildə oranı fərqlənmə (qırmızı) diplomu ilə başa vurub. 1986–1988-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Əkinçilik İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışıb. 1988–1992-ci illərdə Moskva vilayətinin Puşşino şəhərində SSRİ EA Biofizika İnstitutunda aspirantura təhsili alıb. 1992-ci ildə dissertasiya müdafiə edərək biofizika üzrə fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə layiq görülüb. 1992–2018-ci illərdə Azərbaycan Tibb Universitetinin (ATU) Bioloji kimya kafedrasında assistent, baş müəllim və dosent vəzifələrində işləyib. O, ATU-da Elektron İmtahan Sisteminin əsasını qoyub, 2011–2019-cu illərdə ATU-nun Virtual Test Mərkəzinin direktoru vəzifəsində çalışıb. 2019–2024-cü illərdə isə Azərbaycan Tibb Universitetinin Bioloji fizika kafedrasının müdiri olub. Amerika Birləşmiş Ştatlarının və Azərbaycan Biofiziklər Cəmiyyətlərinin üzvü olan dosent Şahin Bayramov 80 elmi əsərin və 6 kitabın müəllifidir. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun biofizika üzrə qrant müsabiqəsinin qalibi olub. Elmi fəaliyyəti ilə yanaşı, bədii yaradıcılığa da maraq göstərib, müxtəlif mövzularda əsərlər yazıb. Şahin Bayramov 2024-cü ildə vəfat edib, Abşeron rayonunun Mehdiabad qəbiristanlığında dəfn olunub. Üç övladı var.
Açar Sözlər
#Şahin Bayramov#Şahin Qənbər oğlu Bayramov#Dosent Şahin Bayramov#Nərimanlı kəndi#Hüseynquluağalı kəndi#Göyçə mahalı#Basarkeçər#Azərbaycan Tibb Universiteti#ATU#Bioloji fizika kafedrası#Virtual Test Mərkəzi#biofizika üzrə fəlsəfə doktoru#Bakı Dövlət Universiteti#Azərbaycan alimləri#biofizik#Nərimanlı ziyalıları