Rasim Məmmədov

Rasim Məmmədov

Fizika
1950-07-01Basarkeçər, Nərimanlı

Müəllif

Şirazi İbrahimov, Aynur Rüstəmova

Şəxsi Məlumatlar

Ata Adı
Qara
Ata Yurdu
Basarkeçər, Nərimanlı

Peşə və Karyera

Elmi Dərəcəsi
Fizika – riyaziyyat elmləri doktoru
Elmi Adı
Professor
İşlədiyi Yerlər, Vəzifələr
BDU-nun Fizika fakültəsi Elmi Şurasının sədri, BDU Elmi Şurasının üzvü, BDU nəzdindəki D.02.012 doktorluq Dissertasiya Şurasının sədr muavini, Fizika fakültəsi Elmi Praktiki Seminarının rəhbəri, "Bakı Universiteti Xəbərləri" jurnalının redaksiya heyətinin və Respublika Jurnalistlər Birliyinin üzvü olmuşdur.

Təhsil

İlk və Orta Təhsil
Nərimanlı kənd orta məktəbini qızıl medal ilə bitirmişdir.
Bakalavr
Azərbaycan Texniki Universiteti
Magistr
Bakı Dövlət Universiteti
Doktora
Bakı Dövlət Universiteti

Nailiyyətlər

Yaratdıqları
130 elmi məqalə, 35 elmi-publisist məqalə, 1 monoqrafiya, 3 kitab və 5 patent, 50-dən artıq elmi məruzəsi dərc edilib. Maye və qazların daxili sürtünmə əmcalının təyininə aid metodik gostəriş". Bakı, "Mayelərdə səthi gərilmə əmsalının təyini". Bakı, 1992, "Əlavə elektrik sahəli metal – yarımkeçirici kontaktlar". Bakı, BDU, 2003, "Mayelərdə səthi gərilmə və daxili sürtünmə hadisələri". Bakı, 2007,
Dövlət Təltifi və Fəxri Adlar
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı; "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı.

Əlavə Məlumatlar

Əlavə Şəkillər, Linklər
Məmmədov Rasim Qara oğlu (d. 1950, Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR — ö. 2025, Mehdiabad, Abşeron rayonu, Azərbaycan) — azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru, professor, fizika üzrə Nobel Mükafatı müsabiqəsinin iştirakçısı, "Tərəqqi" medalı laureatı. Həyatı və təhsili Rasim Qara oğlu Məmmədov 1950-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olmuşdur. 1967-ci ildə Nərimanlı kənd orta məktəbini qızıl medal ilə bitirmişdir. Azərbaycan Texniki Universitetinin Avtomatika və Hesablama Texnikası fakültəsinə daxil olmuş, yüksək təhsil göstəricilərinə görə III kursdan sonra təhsilini davam etdirmək üçün Moskva İdarəetmə Problemləri İnstitutuna göndərilmişdir. 1972-ci ildə həmin ali məktəbi fərqlənmə diplomu ilə başa vurmuşdur. Təyinatla Bakı Dövlət Universitetinin (BDU) Optika və molekulyar fizika kafedrasına göndərilmişdir. 1976–1979-cu illərdə BDU-da Radiofizika ixtisası üzrə aspirantura təhsili almışdır. Elmi dərəcələri və elmi adları: 1983: Fizika üzrə fəlsəfə doktoru (fizika-riyaziyyat elmləri namizədi) elmi dərəcəsini almışdır. 1990: Dosent elmi adına layiq görülmüşdür. 2004: Fizika üzrə elmlər doktoru (fizika-riyaziyyat elmləri doktoru) elmi dərəcəsini almışdır. 2005: BDU-nun Optika və molekulyar fizika kafedrasının professoru seçilmişdir. Elmi fəaliyyəti və Nobel Mükafatı namizədliyi Professor Rasim Məmmədov yarımkeçiricilər və kontakt fizikası sahəsində fundamental tədqiqatları ilə tanınan dünya miqyaslı alimdir: O, “Əlavə elektrik sahəli metal – yarımkeçirici kontakt fizikası” adlı yeni elmi istiqamətin banisidir. 2003-cü ildə bu sahədə 231 səhifəlik monoqrafiya nəşr etdirmişdir. Onun "Real makro-, mikro- və nanokontaktlarda baş verən elektron proseslərin elmi-tədqiqatı və alınan mühüm elmi nəticələr" mövzusundakı kəşfləri bakalavr, magistratura və doktoranturanın tədris prosesində tətbiq edilir. Fizika üzrə elmi kəşfin müəllifi kimi İsveç Krallığının Elmlər Akademiyasının təqdimatı ilə Nobel Mükafatına namizəd olmuş və Fizika üzrə Nobel Komitəsinin dəvəti ilə 2020 və 2023-cü illərin Fizika üzrə Nobel Mükafatı müsabiqəsinin iştirakçısı olmuşdur. 200-dən artıq elmi əsərin, o cümlədən 1 monoqrafiya, 4 dərs vəsaiti, 1 elmi kəşf, 6 ixtira və 50 elmi-publisistik məqalənin müəllifidir. Əmək və rəhbərlik fəaliyyəti 1985–1990: BDU Fizika fakültəsinin Optika və molekulyar fizika kafedrasında baş müəllim; 1990–2005: Həmin kafedranın dosenti; 1999–2004: Fizika fakültəsinin dekan müavini; 2004–2012: Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı; 2005–2025: BDU-nun Optika və molekulyar fizika kafedrasının professoru. BDU Fizika Fakültəsi Elmi Şurasının, “Bakı Universiteti Xəbərləri” və “Journal of Baku Engineering University” jurnallarının redaksiya heyətinin, həmçinin Respublika Jurnalistlər Birliyinin üzvü olmuşdur. Mükafatları və təltifləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Tərəqqi" medalı; "Bakı Dövlət Universitetinin 100 illiyi (1919–2019)" Azərbaycan Respublikasının yubiley medalı. Şəxsi həyatı və vəfatı 2025-ci ildə vəfat etmiş, Abşeron rayonunun Mehdiabad qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Üç övladı var.
Açar Sözlər
##RasimMəmmədov #MəmmədovRasim #Göyçə #Basarkeçər #Nərimanlı #FizikaElmləriDoktoru #Professor #BDU #NobelMükafatı #TərəqqiMedalı #GöyçəZiyalıları #Alimlərimi