Əlavə Şəkillər, LinklərSüleymanova Ramilə Yusif qızı
(25 mart 1990, Sabirabad)
Dilçi alim, filologiya üzrə fəlsəfə doktoru, dosent. Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) dosentidir.
Həyatı və Təhsili
Ramilə Süleymanova 25 mart 1990-cı ildə Sabirabad rayonunda anadan olmuşdur. Əslən Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Sarıyaqub kəndindəndir. İbtidai və orta təhsilini Gəncə şəhər 28 №-li tam orta məktəbdə almışdır.
Ali Təhsil və Elmi İxtisaslaşma:
Bakalavriat: Gəncə Dövlət Universitetini (GDU) Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirmişdir.
Magistratura: Gəncə Dövlət Universitetinin magistratura pilləsini fərqlənmə diplomu ilə başa vurmuşdur.
Doktorantura: Elmi-tədqiqat fəaliyyətini Gəncə Dövlət Universitetinin doktoranturasında davam etdirmişdir.
Elmi dərəcəsi və adı:
Filologiya və dilçilik sahəsində apardığı tədqiqatlara görə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə və dosent elmi adına layiq görülmüşdür.
Əmək və Elmi Fəaliyyəti
Akademik fəaliyyəti: Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dosent vəzifəsində elmi-pedaqoji fəaliyyətini davam etdirir.
Beynəlxalq Redaksiya Üvlüyü: 2022-ci ildən ABŞ-nin müxtəlif elm sahələri üzrə 400-dən çox jurnalını nəşr edən nüfuzlu "Science Publishing Group" nəşriyyatının "Communication and Linguistics Studies" dilçilik jurnalının redaksiya heyətinin üzvüdür.
Elmi Nailiyyətləri və Beynəlxalq İştirakı
Ramilə Süleymanova dilçilik sahəsində geniş beynəlxalq əlaqələri və tədqiqatları ilə seçilir:
80 elmi məqalənin müəllifidir.
Azərbaycan, ABŞ, Türkiyə, Rusiya, Macarıstan, Qazaxıstan, Özbəkistan, Almaniya, Fransa, Yunanıstan, İtaliya, İspaniya, Polşa, Norveç və İsveçrə olmaqla dünya miqyasında 43 beynəlxalq elmi konfransda məruzə ilə çıxış etmişdir.Açar Sözlər##RamiləSüleymanova #SüleymanovaRamilə #Göyçə #Basarkeçər #Sarıyaqub #FilologiyaFəlsəfəDoktoru #Dosent #GDU #ADAU #Dilçilik #SciencePublishingGroup #GöyçəZiyalıları #Alimlərimiz