Qurban Bayramov

Qurban Bayramov

publisist və pedaqoq
1936-01-01Basarkeçər, Nərimanlı kəndi

Müəllif

Rüstəmova Aynur, Şirazi İbrahimov

Şəxsi Məlumatlar

Ata Adı
Balı
Ata Yurdu
Basarkeçər, Nərimanlı kəndi

Peşə və Karyera

Elmi Dərəcəsi
Tarix Elmləri doktoru
Elmi Adı
dosent
Hazırkı Vəziyyət
Qurban Bayramov 1996-cı ildə vəfat etmiş və Bakının Qala kənd qəbiristanlığında dəfn olunmuşdur.

Təhsil

İlk və Orta Təhsil
Nərimanlı kənd yeddiillik məktəbini bitirib. Daha sonra təhsilinin Zod kənd orta məktəbində davam etdirmiş və onuncu sinfi əlaçı olaraq başa vurub
Bakalavr
Qazax Müəllimlər İnstitutu
Doktora
Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə İnstitutu

Əlavə Məlumatlar

Əlavə Şəkillər, Linklər
Qurban Bayramov 1936-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olmuşdur. Məktəb illəri: İbtidai təhsilini doğma kəndindəki yeddiillik məktəbdə almış, daha sonra təhsilini Zod kənd orta məktəbində davam etdirərək onuncu sinfi əla qiymətlərlə bitirmişdir. Ali təhsili: 1951-ci ildə Qazax Müəllimlər İnstitutunun Tarix fakültəsinə daxil olmuş və 1953-cü ildə qırmızı diplomla başa vurmuşdur. Zəkasına və dərin tarixbiliyinə görə müəllimləri tərəfindən sevgi ilə “Tarixçi Herodot” adlandırılmışdır. Pedaqoji fəaliyyətə Göyçə mahalının Aşağı Şorca, Qoşabulaq və Böyük Qaraqoyunlu kənd məktəblərində başlamışdır. Daha sonra biliklərini daha da artırmaq üçün Bakıya gəlmiş, ADU-nun Filologiya və ADPI-nin Tarix fakültələrinə qəbul olsa da, tarixçi ixtisasını seçərək təhsilini qiyabi davam etdirmişdir. Elmi Dərəcəsi və Aspirantura Illəri: 1962-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun aspiranturasına sənəd vermişdir. Həmin dövrdə 1 yerə 7 nəfər iddiaçı olmasına və onların arasında ADU-nun Fəxri-fərmanlı məzunları olmasına baxmayaraq, ixtisas (fəlsəfə) imtahanından yeganə əla qiymət alan Qurban Bayramov olmuşdur. Bununla da Nərimanlı kəndinin tarixində ilk aspirant adını qazanan şəxslərdən biri olmuşdur. 1967-ci ildə fəlsəfə doktoru, 1983-cü ildə isə elmlər doktoru elmi dərəcəsinə layiq görülmüşdür. Əmək və Elmi-Pedaqoji Fəaliyyəti 1963-cü ildən etibarən ömrünün sonunadək Azərbaycan Tibb Universitetində (ATU) fəaliyyət göstərmişdir. 1983-cü ildən ATU-nun Elmi kommunizm kafedrasına, 1990-cı ildən isə ömrünün sonuna qədər Fəlsəfə kafedrasına rəhbərlik etmişdir. Elmi işinin əsas leytmotivini “Keçmiş SSRİ ərazisində milli münasibətlərin dialektikası” təşkil etmişdir. Elmi Əsərləri və Kitabları Professor Qurban Bayramov 9 fundamental kitabın və 200-dək elmi məqalə və tezisin müəllifidir: Milli məsələdə iki meyl (1972) Mədəniyyətdə millilik və beynəlmiləlçilik (1974) Sosialist millətlərinin mənəvi siması (1975) Mənəvi həyatda millilik və beynəlmiləlçilik (1980) SSRİ-də milli münasibətlər məsələsi (1984) Nümunələr, Təşbehlər, Aforizmlər (1992) İnsan və Zaman (1992) İnsan, qəribədir həyatın sənin (Avtobioqrafik, bədii-publisistik əsər, 1994) Fəlsəfənin əsasları (Ali məktəblər üçün dərslik) Onun aforizmlərindən seçmələr: "İnsanlıq məktəbinin ilk qədəmləri insanın öz içindən yol alır." "İnsan sağkən həyatında çox şeylər azlıq edir, hətta Yer planeti də ona dar gəlir. Həyatını dəyişən kimi, azca torpaq hər şeyi tam əvəzləyir." Ailəsi və Xatirəsi Dörd övladı var. Qurban Bayramov 1996-cı ildə vəfat etmiş və Bakının Qala kənd qəbiristanlığında dəfn olunmuşdur. Xatirəsini əbədiləşdirmək üçün Bakı şəhəri Zabrat qəsəbəsindəki küçələrdən birinə onun adı verilmişdir.
Açar Sözlər
##QurbanBayramov #BayramovQurban #Göyçə #Basarkeçər #Nərimanlı #FəlsəfəElmləriDoktoru #Professor #Filosof #ATU #AzərbaycanTibbUniversiteti #GöyçəZiyalıları #Alimlərimiz