Samux rayonu Nəbiağalı kəndindəki M.Ə.Sabir adına 11 illik məktəb
Bakalavr
Azərbaycan Dövlət Universitetinin (Bakı Dövlət Universiteti)
Doktora
zərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutu
Nailiyyətlər
Yaratdıqları
200-dən artıq elmi məqalənin, 20-dən artıq dərslik, dərs vəsaiti, tədris proqramı və monoqrafiyaların müəllifidir.
Onun 1997-ci ildə çapdan çıxan “Dahi şəxsiyyətin nitq fenomenliyi” kitabı Ulu Öndər Heydər Əliyevin diplomatiya üslubunu səciyyələndirən bənzərsiz nitqinə həsr olunmuşdur. 2003-cü ildə çap olunan “Heydər Əliyev və Azərbaycançılıq ideologiyası” kitabında Ulu Öndər Heydər Əliyevin bünövrəsini yaratdığı milli ideologiyanın başlıca prinsipləri şərh edilir. 2004-cü ildə nəşr olunmuş “Dövlətçilik və dil”, 2005-ci ildə çap olunan “Heydər Əliyev işığında” adlı kitabda Ulu Öndərin ictimai-siyasi fəaliyyətinə dair Mübariz Yusifovun yazdığı, respublika mətbuatında və digər mənbələrdə nəşr olunmuş məqalələri ümumiləşdirilir. 2005-ci ildə çap olunmuş “Milli Lider və müstəqil dövlətçilik” adlı kitabda da Heydər Əliyevin Azərbaycan xalqı naminə gördüyü işlər onun özünün ictimai-siyasi fəaliyyəti nəticəsində formalaşmış dövlətçilik ənənələri təməlində şərh edilir. 2010-cu ildə nəşr olunmuş “Azərbaycançılıq”, 2012-ci ildə çap etdirdiyi “Nizamidə Azərbaycançılıq” adlı kitablarını çap etdirmişdir. 1984-cü ildə çap etdirdiyi “Oğuz qrupu türk dillərinin müqayisəli fonetikası”, 1995-ci ildə çap etdirdiyi “Türk dillərində kök sözlərin fonomorfologiyası. Söz keçidləri” I hissə, “Türk dillərində kök sözlərin fonomorfologiyası. Kök törəmələri” II hissə, 2001-ci ildə çap olunmuş “Türkologiyaya giriş”, 2012-2013-cü illərdə çap etdirdiyi “Azərbaycan dili fonetikasının əsasları” kitablarda və bu sahə ilə bağlı digər məqalələrində əhatə olunur. 2014-cü ildə nəşr olunan “Mirzə Şəfi Vazeh-220” kitablarında, 2019-cu ildə çap olunmuş irihəcmli “Nitq mədəniyyəti” adlı kitab, 2004-cü ildə çap olunan “Gəncənin maddi mədəniyyət abidələri” kitabının, 2016-cı ildə çap olunan “Gəncə İmamzadə ziyarətgahı” kitabı ziyarətgahın açılışı mərasimində özü tərəfindən Azərbaycan Respublikası Prezidentinə təqdim edilmişdir. 2018-ci ildə Gəncə Dövlət Universitetinin 80- illiyinə dair hazırlanmış “Gəncə Dövlət Universiteti” – 80” adlı kitabların müəllifidir.