Əlavə Şəkillər, LinklərQuliyev Mübariz Sayad oğlu (d. 1946, Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR — ö. 2024, Mehdiabad, Abşeron rayonu, Azərbaycan) — azərbaycanlı alim, texnika elmləri doktoru, professor, SSRİ-də sementsiz beton ixtira etmiş ilk azərbaycanlı alim, Hacı Zeynalabdin Tağıyev mükafatı laureatı.
Həyatı və təhsili
Mübariz Sayad oğlu Quliyev 1946-cı ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olmuşdur. Uşaqlıq illərindən elmə və oxumağa böyük həvəs göstərmişdir. Orta təhsilini başa vurduqdan sonra ali məktəbə qəbul olmaq üçün Gəncə şəhərinə gəlmiş, lakin universiteti dərhal tapa bilmədiyi üçün imtahana gecikmişdir. Atasının narazılığından çəkinərək kəndə qayıtmamış, Sumqayıt şəhərində Superfosfat zavodunda fəhlə işləmiş və eyni zamanda ali məktəbə hazırlaşmışdır.
1961–1968-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun (Azərbaycan Politexnik İnstitutu) İnşaat fakültəsində ali təhsil almışdır.
1974-cü ildə Rusiya Federasiyasının Moskva şəhərində V.V.Kuybışev adına İnşaat Mühəndisləri İnstitutunda aspiranturanı müvəffəqiyyətlə bitirmiş və 1976-cı ildə texniki elmlər üzrə fəlsəfə doktoru (elmlər namizədi) elmi dərəcəsinə layiq görülmüşdür.
1979-cu ildə həmin institutda doktoranturaya daxil olmuş, doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək 1988-ci ildə texnika elmləri doktoru elmi dərəcəsini almışdır.
Elmi fəaliyyəti və ixtiraları
Mübariz Quliyev elmi və istehsalat fəaliyyəti dövründə inşaat materialşünaslığı sahəsində mühüm nailiyyətlərə imza atmışdır:
O, SSRİ-də sementsiz beton ixtira edən ilk azərbaycanlı alim kimi tarixə düşmüşdür.
Moskva şəhərində V.P.Budnikov adına İnşaat Materialları İnstitutunda kiçik elmi işçi, daha sonra baş elmi işçi vəzifələrində çalışmışdır.
7 elmi ixtiranın, 416 elmi əsərin və 2 monoqrafiyanın müəllifidir.
Onun elmi rəhbərliyi ilə ona yaxın fəlsəfə və elmlər doktoru hazırlanmışdır.
Əmək və rəhbərlik fəaliyyəti
1985-ci ildən Bakı şəhər Tikintidə Keyfiyyət İdarəetmə Mərkəzinin direktoru təyin olunmuşdur.
Azərbaycan İnşaat Mühəndisləri Universitetində elmi-pedaqoji fəaliyyətini davam etdirmiş, gənc kadrların yetişdirilməsində yaxından iştirak etmişdir.
1992-ci ildən Bakı şəhər Keyfiyyət İdarəetmə Şirkətinin prezidenti olmuşdur.
Təltifləri
2001-ci ildə milli mesenatlıq ənənələrini davam etdirən Hacı Zeynalabdin Tağıyev mükafatına layiq görülmüşdür.
Şəxsi həyatı və vəfatı
2024-cü ildə vəfat etmiş, Abşeron rayonunun Mehdiabad qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. 5 övladı var.Açar Sözlər##MübarizQuliyev #QuliyevMübariz #Göyçə #Basarkeçər #Nərimanlı #TexnikaElmləriDoktoru #Professor #SementsizBeton #AzMİU #HacıZeynalabdinTağıyeviMükafatı #GöyçəZiyalıları #Alimlərimiz