Əlavə Şəkillər, LinklərAbbasov Kərim Murad oğlu (d. 1958, Nərimanlı, Basarkeçər rayonu, Ermənistan SSR) — azərbaycanlı həkim-kardioloq, nevroloq, tibb üzrə fəlsəfə doktoru (PhD).
Həyatı və təhsili
Kərim Murad oğlu Abbasov 1958-ci ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olmuş və həmin kəndin orta məktəbini bitirmişdir.
1982: Azərbaycan Tibb Universitetini bitirmişdir.
2005: Amsterdam Universitetinin Tibb fakültəsini başa vurmuşdur.
Həm kardioloq, həm də nevroloq ixtisaslarına malikdir. Tibb üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.
Əmək və tibbi fəaliyyəti
Kəlbəcər rayonunda uşaq həkimi kimi fəaliyyətə başlamışdır.
Bakı şəhər Təcili Tibbi Yardım stansiyasında kardioloji briqadanın üzvü olaraq çalışmışdır.
Niderlandın Alkmaar şəhərində yerləşən Brijder klinikasında həkim işləmişdir.
Amsterdam Universiteti (Universiteit van Amsterdam) və Radboud Universitetində (Radboud Universiteit Nijmegen) gənc həkimlərin praktika rəhbəri və təlimçisi kimi fəaliyyət göstərmişdir.Açar Sözlər##KərimAbbasov #AbbasovKərim #Göyçə #Basarkeçər #Nərimanlı #TibbElmləriDoktoru #Kardioloq #Nevroloq #AmsterdamUniversiteti #AzərbaycanTibbUniversiteti #GöyçəZiyalıları #Həkimlərimiz