Yaratdıqları250-dən artıq elmi əsəri və 18 kitabı çap olunmuş, həmçinin xaricdə 7 elmi məqaləsi nəşr olunmuşdur. Əsas elmi nailiyyətlərindən "Azərbaycan dilində etnolinqvistika sahəsinin əsasları"nı göstərmək olar.
Azərbaycanca-rusca etnoqrafiya terminləri lüğəti (şərikli). Bakı, Azərnəşr, 1987.
Ekran, efir və dilimiz. Bakı, "Elm", 1989.
Azərbaycanca-rusca danışıq kitabı (şərikli), Bakı, Azərbaycan Ensiklopediyası Nəşriyyatı. Poliqrafiya birliyi, Bakı, 1995.
Azərbaycan dilinin izahlı lüğəti. 3 çilddə, I cild, "Çiraq", 1997. (tərtibçilərdən biri).
Azərbaycan dilinin izahlı lüğəti. 3 çilddə, II cild. "Çiraq", 1999.(tərtibçilərdən biri).
Azərbaycan dilinin izahlı lüğəti. 3 çilddə, III cild. "Çiraq", 2000.(tərtibçilərdən biri).
Azərbaycan dilinin orfoqrafiya lüğəti (tərtibçilərdən biri). 2004.
Axtarışlar, yozumlar, anımlar. Bakı, "Elm", 2006.
Azərbaycan dilinin etnoqrafik leksikası. Bakı, "Elm və təhsil", 2009.
Qəzet dilinin leksikası. Bakı, "Elm və təhsil", 2010.
Yeni sözlər və yeni mənalar lüğəti. Bakı, Elm və təhsil, 2016
Səməd Vurğunun bədii dilinin izahlı lüğəti. "Kitab evi" nəşriyyatı, 2011
Azərbaycan dilində türkmənşəli sözlər lüğəti. Apostrof nəşriyyatı. Bakı, 2017
Cəfər Cabbarlının bədii dilinin izahlı lüğəti. Bakı, Elm və təhsil, 2021Dövlət Təltifi və Fəxri AdlarAzərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunmuşdur, Həsən bəy Zərdabi diplomu və mükafatı laureatı (2004), Səməd Vurğun mükafatı laureatı , "Cəfər Cabbarlı" mükafatı laureatıdır,Əmək veteranı medalı ilə təltif olunub