Əlavə Şəkillər, LinklərBayramova Günel Rizvan qızı 1988-ci ildə Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olub. 1995–2006-cı illərdə Gəncə şəhər 11 nömrəli orta məktəbdə təhsil alıb. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Biologiya və gigiyena fakültəsində ali təhsil alıb. Təhsilini Türkiyə Respublikasında davam etdirərək 2011–2013-cü illərdə Qazi Universiteti Sağlamlıq Elmləri İnstitutunun Histologiya və sitologiya bölməsində magistratura, 2018–2022-ci illərdə isə İstanbul Universiteti Çapa Tibb Fakültəsinin Molekulyar tibb, biokimya və genetika bölməsində doktorantura təhsili alıb. 2024-cü ildə tibbi biokimya və genetika üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsinə layiq görülüb. Əmək fəaliyyətinə müxtəlif nüfiuzlu tibb və təhsil müəssisələrində başlayıb: 2013: Hacettepe Universiteti Patologiya şöbəsində təcrübəçi laborant; 2013–2014: Kolon Xəstəxanası Patologiya şöbəsində laborant; 2016–2018: Yıldız Texniki Universitetində Toxuma və kök hüceyrə mühəndisliyi üzrə assistent; 2017: Koç Universiteti Xəstəxanası Patologiya şöbəsində təcrübəçi laborant; 2018-ci ildən: İstanbul Universiteti Çapa Tibb Fakültəsində layihə koordinatoru vəzifəsində çalışır. Ailəlidir, iki övladı var.Açar Sözlər#Günel Bayramova#Günel Rizvan qızı Bayramova#Nərimanlı kəndi#Hüseynquluağalı kəndi#Göyçə mahalı#Basarkeçər#İstanbul Universiteti#Çapa Tibb Fakültəsi#tibbi biokimya və genetika#fəlsəfə doktoru#PhD#molekulyar tibb#kök hüceyrə mühəndisliyi#Azərbaycan alimləri#xaricdə işləyən azərbaycanlı alimlər#Nərimanlı ziyalıları