Əlavə Şəkillər, LinklərHüseynova Günay Qabil qızı 19 avqust 1992-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Ata yurdu Basarkeçər rayonu, Göyçə mahalı Kiçik Məzrə kəndidir.
Orta təhsilini Bakı şəhəri 6 saylı orta məktəbdə almışdır.
Ali təhsilini Azərbaycan Dövlət Aqrar Universitetində almışdır. Magistr və doktorantura təhsilini İstanbul Marmara Universitetində başa vurmuşdur.
İxtisası iqtisadiyyatdır.
Əmək fəaliyyətini Serway Group şirkətində davam etdirir. Burada maliyyə şöbəsinin müdiri və idarə heyətinin üzvü kimi çalışmışdır. Hal-hazırda Serway Group-da idarə heyətinin üzvüdür.
İqtisad elmləri üzrə fəlsəfə doktoru, iqtisadçı ekspertdir.
Elmi fəaliyyətində bank sahəsində risklərin aradan qaldırılması və qlobal krizlərə qarşı iqtisadi model, innovasiyaların aqrar sahəyə tətbiqi və iqtisadi gəlirliliyin artırılması, Azərbaycanda enerji sektorunun gəlirliliyi, qeyri-neft sektorunun prioritet inkişafı istiqamətində təkliflər, inflyasiyanın enməsi və stagflyasiya riskinin qarşısının alınması, müasir iqtisadiyyat və təbii ehtiyatlardan səmərəli istifadə, qeyri-neft sektorunun iqtisadi modernizasiyası, Qərbi Azərbaycanda iqtisadi inkişafına töhfələr mövzularında araşdırmalar aparmışdır.Açar Sözlər#Günay Hüseynova#iqtisadiyyat#fəlsəfə doktoru#Serway Group#maliyyə#qeyri-neft sektoru#aqrar sahə#basarkeçər#qərbi azərbaycan#göyçə#kiçik məzrə#bala məzrə#alimlər