Fərid Ağayev

Fərid Ağayev

İstehsalat proseslərinin avtomatlaşdırılması
1954-01-01Basarkeçər, Nərimanlı kəndi

Müəllif

Şirazi İbrahimov, Rüstəmova Aynur

Şəxsi Məlumatlar

Ata Adı
Hacı
Ata Yurdu
Basarkeçər, Nərimanlı kəndi

Peşə və Karyera

Elmi Dərəcəsi
Texnika üzrə fəlsəfə doktoru (1992)
Elmi Adı
Dosent
Hazırkı Vəziyyət
ADNSU, İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı

Təhsil

İlk və Orta Təhsil
Nərimanlı kəndinin orta məktəbi
Bakalavr
ADNSU

Nailiyyətlər

Yaratdıqları
2 monoqrafiya, 15 dərslik, 140+ elmi əsər, 4 müəlliflik şəhadətnaməsi və patent
Dövlət Təltifi və Fəxri Adlar
“Tərəqqi” medalı, “ADNSU-nun 100 illiyi” medalı, DİM-in Fəxri fərmanı

Əlavə Məlumatlar

Əlavə Şəkillər, Linklər
Ağayev Fərid Hacı oğlu 1954-cü ildə Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olub və həmin kəndin orta məktəbində təhsil alıb. 1976-cı ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (o vaxtkı Azərbaycan Neft və Kimya İnstitutu) İstehsalat proseslərinin avtomatlaşdırılması fakültəsini fərqlənmə diplomu ilə bitirib. 1981-ci ildə aspiranturanı başa vurduqdan sonra 1982-ci ildə assistent, 1992-ci ildə isə dosent vəzifəsinə seçilib. 1992-ci ildə dissertasiya işini müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2016–2021-ci illərdə Elektronika və avtomatika kafedrasının müdiri vəzifəsində işləyib. 2021-ci ildən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) İnformasiya texnologiyaları və idarəetmə fakültəsinin dekanı vəzifəsində çalışır. Dosent Fərid Ağayev 2 monoqrafiya, 15 dərslik, 4 müəlliflik şəhadətnaməsi və patent, həmçinin 140-dan çox elmi əsərin müəllifidir. Onun əsas elmi nəticəsi dəyişən cərəyan siqnallarının parametrlərinin universal çeviricisinin işlənməsidir. Elmi rəhbərliyi ilə bir nəfər fəlsəfə doktoru elmi dərəcəsi alıb. O, Ekoenergetika Akademiyasının, ADNSU-nun Böyük Elmi Şurasının və beş universitetin Akkreditasiya komissiyasının üzvü, Fakültə Elmi Şurasının sədri və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA/AKTA) ekspertidir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı, həmçinin “ADNSU-nun 100 illiyi” yubiley medalı və Dövlət İmtahan Mərkəzinin (DİM) 20 illiyi ilə bağlı Fəxri fərmanla təltif olunub. Ailəlidir, dörd övladı var.
Açar Sözlər
#Fərid Ağayev#Fərid Hacı oğlu Ağayev#Dosent Fərid Ağayev#Nərimanlı kəndi#Hüseynquluağalı kəndi#Göyçə mahalı#Basarkeçər#ADNSU#Azərbaycan Dövlət Neft və Sənaye Universiteti#İnformasiya texnologiyaları və idarəetmə fakültəsi#texnika üzrə fəlsəfə doktoru#Tərəqqi medalı#Azərbaycan alimləri#elektroni̇ka və avtomatika#Ekoenergetika Akademiyası#dekan#Nərimanlı ziyalıları