Əminə Aslanova

Əminə Aslanova

Fizika Müəllimi
1978-01-01Bakı ş.

Müəllif

Şirazi İbrahimov, Rüstəmova Aynur

Şəxsi Məlumatlar

Ata Adı
Rasim
Ata Yurdu
Basarkeçər, Nərimanlı kəndi

Peşə və Karyera

Elmi Dərəcəsi
Fizika üzrə fəlsəfə doktoru
Hazırkı Vəziyyət
Bakı Dövlət Universiteti, Fiziki elektronika kafedrasının müəllimi

Təhsil

Bakalavr
Bakı Dövlət Universiteti
Magistr
Bakı Dövlət Universiteti
Doktora
Bakı Dövlət Universiteti

Nailiyyətlər

Yaratdıqları
Əhatə olunduğu mühitin istilik enerjisini elektrik enerjisinə çevirən, ƏES-li MYK əsaslı “Yeni növ alternativ cərəyan mənbəyi” ixtira edib. ƏES-li real MYK üçün “İkiölçülü energetik quruluş modeli” yaradıb və “Xarakterik cərəyan axını mexanizmi”ni müəyyən edib. Real MYK-nın termoelektrik, fotoelektrik, tenzoelektrik, elektrofiziki və digər xassələrinin kontaktın formasından, həndəsi ölçülərindən və konstruktiv-texnoloji parametrlərdən asılılıqlarının elmi əsaslarını işləyib hazırlayıb.

Əlavə Məlumatlar

Əlavə Şəkillər, Linklər
Aslanova Əminə Rasim qızı 1978-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsində ali təhsil alıb. 2002-ci ildə magistratura, 2007-ci ildə isə doktorantura pilləsini başa vurub. Bərk cisimlər fizikası və elektronikası ixtisası üzrə dissertasiya müdafiə edərək 2016-cı ildə fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. 2007-ci ildən Bakı Dövlət Universitetinin Fiziki elektronika kafedrasında müəllim vəzifəsində çalışır. Əminə Aslanova 1 dərs vəsaitinin, 70-dən artıq elmi məqalə və tezisin müəllifidir. Əsas elmi nəticələri: Əhatə olunduğu mühitin istilik enerjisini elektrik enerjisinə çevirən, ƏES-li MYK əsaslı “Yeni növ alternativ cərəyan mənbəyi” ixtira edib. ƏES-li real MYK üçün “İkiölçülü energetik quruluş modeli” yaradıb və “Xarakterik cərəyan axını mexanizmi”ni müəyyən edib. Real MYK-nın termoelektrik, fotoelektrik, tenzoelektrik, elektrofiziki və digər xassələrinin kontaktın formasından, həndəsi ölçülərindən və konstruktiv-texnoloji parametrlərdən asılılıqlarının elmi əsaslarını işləyib hazırlayıb. Ailəlidir, iki övladı var.
Açar Sözlər
#Əminə Aslanova#Əminə Rasim qızı Aslanova#Bakı Dövlət Universiteti#BDU#Fiziki elektronika kafedrası#fizika üzrə fəlsəfə doktoru#bərk cisimlər fizikası#alternativ cərəyan mənbəyi#Azərbaycan alimləri#qadın alimlər#elmi məqalələr#fizika müəllimi