Eldəniz Bayramov

Eldəniz Bayramov

Yeyinti istehsalının maşın və apartaları, Taxılın saxlanması, emalı və çörək-bulka, makaron və qənnadı istehsalının texnologiyası
1964-08-06Daşkənd şəhəri, Özbəkistan

Müəllif

Rüstəmova Aynur, Nİzami Novruzov, Müslüm Məmmədov

Şəxsi Məlumatlar

Ata Adı
Ənvər
Ata Yurdu
Basarkeçər, Bala (Kiçik) Məzrə

Ailə Məlumatları

Atası
Bayramov Eldəniz
Anası
Bayramova Qətibə
Yoldaşı
Bayramova Aygün
Oğlanları
Bayramov Vüqar, Bayramov Vüsal

Peşə və Karyera

Elmi Dərəcəsi
Texnika üzrə fəlsəfə doktoru
Elmi Adı
Dosent
Rütbəsi
Leytenant
İşlədiyi Yerlər, Vəzifələr
Gəncə çörək-kökə kombinatı (1986-1997-ci illər, Azərbaycan Texnologiya Universiteti (1997-ci ildən hal-hazıradək)
Hazırkı Vəziyyət
Azərbaycan Texnologiya Universitetində Magistratura və doktorantura şöbəsinin müdiri

Təhsil

İlk və Orta Təhsil
Gəncə şəhəri 43№li orta məktəb
Bakalavr
M.V.Lomonosopv adına Odessa Yeyinti Sənaye Texnologiyaları İnstitutu (indiki adı Odessa Milli Qida Texnologiyaları Akademiyası)
Magistr
M.V.Lomonosopv adına Odessa Yeyinti Sənaye Texnologiyaları İnstitutu (indiki adı Odessa Milli Qida Texnologiyaları Akademiyası) – 5 illik diplom
Doktora
Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin göndərişi ilə Özbəkistan Respublikası Mexanika İnstitutu və M.V.Lomonosopv adına Odessa Yeyinti Sənaye Texnologiyaları İnstitutu ilə müştərək məqsədli aspirantura

Nailiyyətlər

Yaratdıqları
234 elmi və tədris metodiki işlərin, o cümlədən 16 ixtira patenti, 2 monqrafiya, 3 dərslik, 8 dərs vəsaiti, 27 metodik göstəriş, 57 məqalə, 121 tezisin müəllifidir.
Dövlət Təltifi və Fəxri Adlar
Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin fəxri fərmanı

Əlavə Məlumatlar

Əlavə Şəkillər, Linklər
Bayramov Eldəniz Ənvər oğlu 06 avqust 1964-cü ildə Daşkənd şəhərində anadan olmuşdur. Ata yurdu Bala (Kiçik) Məzrədir. Orta təhsilini Gəncə şəhəri 43№li orta məktəbdə almışdır. Ali təhsilini M.V.Lomonosopv adına Odessa Yeyinti Sənaye Texnologiyaları İnstitutunda (indiki adı Odessa Milli Qida Texnologiyaları Akademiyası) almışdır. Magistr dərəcəsini də həmin ali təhsil müəssisəsində 5 illik diplom üzrə başa vurmuşdur. Aspirantura təhsilini Azərbaycan Respublikası Taxıl Məhsulları Nazirliyinin göndərişi ilə Özbəkistan Respublikası Mexanika İnstitutu və M.V.Lomonosopv adına Odessa Yeyinti Sənaye Texnologiyaları İnstitutu ilə müştərək məqsədli aspirantura üzrə keçmişdir. İxtisası yeyinti istehsalının maşın və apartaları, taxılın saxlanması, emalı və çörək-bulka, makaron və qənnadı istehsalının texnologiyasıdır. 1986–1997-ci illərdə Gəncə çörək-kökə kombinatında işləmişdir. 1997-ci ildən hal-hazıradək Azərbaycan Texnologiya Universitetində çalışır. Hal-hazırda magistratura və doktorantura şöbəsinin müdiri vəzifəsində çalışır. Texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə və dosent elmi adına malikdir. 234 elmi və tədris metodiki işlərin, o cümlədən 16 ixtira patenti, 2 monqrafiya, 3 dərslik, 8 dərs vəsaiti, 27 metodik göstəriş, 57 məqalə, 121 tezisin müəllifidir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirinin fəxri fərmanı ilə təltif olunmuşdur. Hərbi rütbəsi leytenantdır. Atası Bayramov Eldəniz, Anası Bayramova Qətibə, Həyat yoldaşı Bayramova Aygün., Oğlanları Bayramov Vüqar və Bayramov Vüsaldır. Dərslikləri: • Байрамов Э.Э. Технологические основы производства / Э.Э.Байрамов, М.К.Абадов.-Баку: Сабах, 2017.-750 с. • Nəbiyev Ə.Ə., Bayramov E.Ə., Ələkbərov A.Y. İstehsalın texnoloji əsasları: dərslik. – Gəncə: STAR çap evi, 2024. - 528 s. • Манджиева, А.Н., Байрамов, Э.Э. Состав и технологические свойства сельскохозяйствен¬ного сырья и продуктов его переработки : учебник / А. Н. Манджиева, Э. Э. Байрамов. — Москва : Ай Пи Ар Медиа, 2025. — 210 c. — ISBN 978-5-4497-4564-4. — Текст : электронный // Цифровой образовательный ресурс IPR SMART : [сайт]. — URL: https://www.iprbookshop.ru/152597.html (дата обращения: 25.09.2025). — Режим доступа: для авторизир. пользователей Dərs vəsaitləri: • Bayramov E.Ə. Xəmirin hazırlanma üsulları.-Bakı: Elm, 2011.-192 s. https://www.calameo.com/read/0055142859827bd9b2a62 • Abadov M.K., Bayramov E.Ə. Çörək istehsalının texnologiyası.-Bakı: Elm, 2011.-116 s. https://www.calameo.com/read/0055142850063db34630a • Bayramov E.Ə., Abadov M.K. Un istehsalının texnologiyası. Laboratoriya praktikumu.-Bakı: Elm, 2011.-124 s. https://www.calameo.com/read/00551428500c0729a4b11 • Bayramov E.Ə., Abadov M.K. Makaron istehsalının texnologiyası.-Bakı: Elm, 2012.-116 s. https://www.calameo.com/read/0055142859711a4c565b3 • Bayramov E.Ə., Abadov M.K. Yarma istehsalının texnologiyası.Laboratoriya praktikumu.-Bakı: Elm, 2012.-119 s. https://www.calameo.com/read/005514285c86f4cee89dd • Bayramov E.Ə., Qasımova A.A. Unun çörəkbişirilmə xassələri və onların təyin edilməsi: dərs vəsaiti. – Bakı: Ecoprint, 2019. – 140s. https://ru.calameo.com/read/005514285a4c6276271a7 • Qasımova A.A., Bayramov E.Ə. Çörəkbişirmə müəssisələrində xammalların qəbulu, saxlanılma anbarları və istehsalata hazırlanması şöbələrinin layihələndirilməsi: dərs vəsaiti. - Gəncə: STAR çap evi, 2021. - 120 s. https://ru.calameo.com/read/005514285838eb9ef26b4 • Манджиева, А.Н., Байрамов, Э.Э. Состав и технологические свойства сельскохозяйственного сырья : учебное пособие для СПО / А.Н. Манджиева, Э.Э. Байрамов. — Саратов, Москва : Профобразование, Ай Пи Ар Медиа, 2025. — 210 c. — ISBN 978-5-4488-2617-7, 978-5-4497-4573-6. — Текст : электронный // Цифровой образовательный ресурс IPR SMART : [сайт]. — URL: https://www.iprbookshop.ru/152725.html (дата обращения: 25.09.2025). — Режим доступа: для авторизир. пользователей
Açar Sözlər
#EldənizBayramov #YeyintiTexnologiyası #TexnikaÜzrəFəlsəfəDoktoru #Dosent #AzərbaycanTexnologiyaUniversiteti #Gəncə #TaxılEmalı #Çörəkİstehsalı #ElmiFəaliyyət#Qərbi Azərbaycan#Basarkeçər#Kiçik Məzrə#Bala Məzrə#Alimlər