Elbrus Cəfərov

Elbrus Cəfərov

Cihazqayırma
1946-01-01Basarkeçər, Kərkibaş kəndi

Şəxsi Məlumatlar

Ata Adı
Mahmud
Ata Yurdu
Basarkeçər, Kərkibaş kəndi

Peşə və Karyera

Elmi Dərəcəsi
Texnika elmlər doktoru
Elmi Adı
Professor

Təhsil

İlk və Orta Təhsil
Çaxırlı kənd orta məktəbi
Bakalavr
Azərbaycan Dövlət Neft və Kimya İnstitutu

Nailiyyətlər

Yaratdıqları
"Dəyişən quruluşlu avtomatik sistemlər" laboratoriyasını yaratmışdır. Robottexniki sistemlər ixtisasını Azərbaycanda ilk dəfə Elbrus müəllim açmışdır Nəşr - 200 dən çox Patent - 27
Dövlət Təltifi və Fəxri Adlar
SSRİ cihazqayırma sənayesinin "Ən yaxşı ixtiraçı" rütbəsi verilmişdir. Çinin dövlət universiteti Beyhanq Universitetində bir il dərs aparmış, universitetin fəxri professoru

Əlavə Məlumatlar

Əlavə Şəkillər, Linklər
Elbrus Cəfərov 1946-cı ildə Göyçə mahalının Kərkibaş (Şəfəq) kəndində kolxozçu ailəsində anadan olub. Çaxırlı kənd orta məktəbini qızıl medalla bitirib, elə həmin ildə Azərbaycan Dövlət Neft və Kimya İnstitutuna daxil olaraq 1969-cu ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Oxuduğu illərdə o dövr üçün ən yüksək hesab olunan Lenin təqaüdçüsü olmuşdur. 1969-cu ildən 1984-cü ilə kimi SSRİ cihazqayırma sənayesinin neft-kimya avto-maşınqayırma institutunda baş texnikdən laboratoriya müdiri vəzifəsinədək yüksəlmişdir. Elbrus Cəfərov Azərbaycanda ilk dəfə olaraq "Dəyişən quruluşlu avtomatik sistemlər" laboratoriyasını yaratmışdır. 1972-ci ildə "Kəsilmiş prosessorların çoxquruluşlu sistemlərinin idarə edilməsi" mövzusunda namizədlik, 1980-ci ildə isə Moskva şəhərində doktorluq dissertasiyası müdafiə etmişdir. 1984–1996-cı illərdə Azərbaycan Texniki Universitetində Avtomatika və robot-texnika kafedrasına rəhbərlik etmişdir. Robottexniki sistemlər ixtisasını Azərbaycanda ilk dəfə Elbrus müəllim açmışdır. O, 1987-ci ildə SSRİ AK tərəfindən professor adını almış və bir il sonra Leninqrad Beynəlxalq Texnologiya Kibernetika Akademiyasının üzvü seçilmişdir. Elbrus Cəfərov bir çox ölkələrin elmi konfranslarında 200-dən çox elmi məqalələri ilə çıxış etmişdir. Keçmiş SSRİ dövründə 27 ixtiranın şəhadətnaməsini almışdır. Elə ona görə də, 1981-ci ildə ona SSRİ cihazqayırma sənayesinin "Ən yaxşı ixtiraçı" rütbəsi verilmişdir. 1993-cü ildən Çinin dövlət universiteti Beyhanq Universitetində bir il dərs aparmış, universitetin fəxri professoru seçilmişdir. Elbrus Cəfərov İstanbul Texniki Universitetinin professorudur. Beynəlxalq səviyyəli universitetin Aerokosmik fakültənin professoru kimi ingilis dilində fakültənin bakalavr, magistratura və doktorantura pillələrində bütün ölkələrdən gəlib təhsil alan tələbələr qarşısında fundamental ixtisas fənlərindən dərs aparır. Onun rəhbərliyi altında 10 nəfərdən çox professor, 100-dən artıq bakalavr, magistr hazırlanmışdır. Onun ingilis dilində "Variable Structure Control and Time-Delay Systems" (türk. "Deyişken yapılı kontrol ve zaman gecikmeli sistemler") nəşr olunan kitabını dünya alimləri rəy verərək yüksək dəyərləndirmişlər. Kitab Aerokosmik fakültələr, kibernetika və tətbiqi riyaziyyat, avtomatika, robasot və robot-kontrol, magistr və doktorantura tələbələri, müəllim və araşdırmaçılar üçün nəzərdə tutulmuşdur. Həmin kitabı Dünya WSEAS Akademiyasının Amerika, Avropa, Avstraliya və Türkiyədəki ofislərindən şəxsi kitabxanaları zənginləşdirmək üçün sifariş edirlər. Elbrus Cəfərov ustad Aşıq Alının nəslindəndir. Muğamatı, aşıq yaradıcılığını çox sevir. Elbrus Cəfərovun 1995-ci ildə "Xəbər çata Ağrıdağa" şeirlər kitabı professor Camal Mustafayevin ön sözü ilə dərc olunub.