Əlavə Şəkillər, LinklərAlıyev Aslan Cəfərqulu oğlu 1963-cü ildə Nərimanlı (Hüseynquluağalı) kəndində anadan olub. 1980–1985-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (o vaxtkı Azərbaycan Kənd Təsərrüfatı İnstitutu) ali təhsil alıb. Əmək fəaliyyətinə 1986-cı ildə başlayıb; 1986–1988-ci illərdə Şabran rayonunda Kənd Kimya Birliyində aqronom, 1989–1991-ci illərdə isə Şəmkir rayon Hərbi Qeydiyyat və Çağırış Şöbəsində məxfi bölmənin müdiri vəzifəsində çalışıb. 1991-ci ildə Müdafiə Nazirliyinin çağırışı ilə Milli Ordu sıralarına daxil olub və Birinci Qarabağ müharibəsində iştirak edib. 1998–2013-cü illərdə Elmi-Tədqiqat Aqromexanika İnstitutunda şöbə müdiri vəzifəsində işləyib. 2013–2024-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) dekan müavini vəzifəsini icra edib, hazırda da həmin ali təhsil ocağında pedaqoji fəaliyyətini davam etdirir. Texnika üzrə fəlsəfə doktoru, dosent Aslan Alıyev 50-dən çox elmi əsərin və bir sıra patentlərin müəllifidir. Müxtəlif sahələr üzrə 26 nəfər magistr, dissertant və doktoranta elmi rəhbərlik edib. Onun əsas elmi nəticələri arasında dağ yamaclarında eroziyaya qarşı mübarizə tədbirləri xüsusi əhəmiyyət daşıyır. Ailəlidir, iki övladı var.Açar Sözlər#Aslan Alıyev#Aslan Cəfərqulu oğlu Alıyev#Dosent Aslan Alıyev#Nərimanlı kəndi#Hüseynquluağalı kəndi#Göyçə mahalı#Basarkeçər#Azərbaycan Dövlət Aqrar Universiteti#ADAU#Elmi-Tədqiqat Aqromexanika İnstitutu#texnika üzrə fəlsəfə doktoru#Birinci Qarabağ müharibəsi iştirakçısı#torpaq eroziyası#aqronom#Azərbaycan alimləri#Nərimanlı ziyalıları